İnstaqramla bağlı PİS XƏBƏR



 21:39 07.09.2022     415

Sosial media platforması İnstaqram 405 milyon avro cərimələnib.

Demedia.az bildirir ki, İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) ABŞ-da yerləşən texnologiya şirkəti Meta-ya məxsus sosial media platforması olan İnstaqramı Ümumi Məlumatların Qorunması Qaydalarını (GDPR) pozduğuna görə 405 milyon avro məbləğində cərimələyib.

İddialara görə, İnstaqram uşaqların e-poçt ünvanlarını və telefon nömrələrini yerləşdirmək də daxil olmaqla, onların bir sıra məxfiliyini pozub.

Qeyd edək ki, Məlumatların Mühafizəsi Komissiyası (DPC) 2020-ci ilin sentyabr ayında İnstaqram sosial media platformasında yetkinlik yaşına çatmayan gənclərin hesab detallarını necə idarə etdiyi ilə bağlı araşdırma başladıb. İrlandiya rəsmilərinin araşdırması əsas diqqəti İnstaqramdakı 13-17 yaş arası istifadəçilərin şəxsi məlumatlarını, o cümlədən e-poçt ünvanları və telefon nömrələrini necə saxladığına yönəldib.

İstintaqla bağlı ətraflı təfərrüatlar gələn həftə açıqlanacaq.

Xəyalə Məmmədova / Demedia.az