Dünyanın ən yaşlı insanı - ŞOK ARAŞDIRMA
Dünyanın ən yaşlı insanının görüntüsü sosial mediada gündəm oldu. “399 yaşındakı türk” kəlmələri sosial şəbəkə istifadəçilərini heyrətə saldı. Elmin və təbiətin tərəfində dayananlar bir insanın 300 ildən çox yaşaya bilmədiyini desələr də, qocanın görüntüləri qarşısında tərəddüd içərisində qaldılar.
Minlərlə insan tərəfindən paylaşılan görüntülər “sosial şəbəkə tüğyanı” adını aldı. 118 yaşlı Kane Tanako “Dünyanın ən uzunömürlü insanı” kimi Ginnesin Rekordlar kitabına düşüb. Amma bu görüntülər onun rekorduna da şübhə kölgələri saldı.
Mübahisələr, iddialar, etirazlar və heyrətlər qocanın qohumunu açıqlama verməyə vadar etdi. O, güclə hərəkət edən və qocalığı səbəbiylə yaxşı danışa bilməyən, mühakimə bacarığını itirən qocanın türk yox, taylandlı olduğunu bildirdi. Üstəlik, qocanın 399 yox, cəmi 109 yaşı olduğunu deyərək, sosial şəbəkələrdəki fikir alovlarının üstünə su səpdi.
Məsələyə yumorla yanaşan sosial şəbəkə istifadəçiləri və bloggerlər paylaşımlarında “adam ölmüş, dəfn etməyi unudublar”, “əzrayılın yadından çıxıb” kimi kəlmələr yazmaqdan da çəkinmədi...
Bahadur Seyidov