Rusiyaya qarşı sanksiyaları dayandırın - Avropaya çağırış etdi



 16:41 08.09.2022     447

“Avropanın Rusiyaya qarşı sanksiya tətbiq etməsi doğru siyasət deyil”.

Demedia.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban belə açıqlama verib. O bildirib ki, Avropanın sanksiya siyasətindən özü də zərər çəkir. Rusiyaya qarşı 11 min sanksiyanın tətbiq edildiyini ifadə edən baş nazir, bunun hələki nəticə vermədiyini qeyd edib. O bildirib ki, Avropa bu siyasətindən geri çəkilməlidir. Hökumət başçısı sanksiyaların Avropanın özünü dizə gətirəcəyini bəyan edib.

Bahadur Seyidov