Ukrayna ordusu daha bir neçə məntəqəni işğaldan azad etdi



 19:44 08.09.2022     295

Ukrayna ordusu Şevçenkovo şəhərini işğaldan azad edib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, ordu Balakleya şəhərində də uğurlar qazanıb. Şəhərdəki rus qüvvələri qismən mühasirəyə alınıb.

Qeyd edək ki, Ukrayna ordusu Xarkov və Xerson istiqamətlərində hücuma keçib. Ukrayna ordusunun Xerson istiqamətində də ciddi uğurları var.

Bahadur Seyidov