Belarus ordusunun komandanları təlimlər keçir



 20:51 08.09.2022     297

Belarus ordusu ölkənin cənubundakı, mərkəzindəki və şimalındakı bəzi vilayətlərdə irimiqyaslı hərbi təlimlər keçir.

Demedia.az xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, təlimlərə ordunun komandanları da cəlb edilib. Təlimlərin məqsədi komandanların bacarıqlarını artırmaqdır. Nazirliyin açıqlamasına görə, təlimlər ordunun hazırlıq planına uyğun aparılır.

Bahadur Seyidov