Əliyev Mişelin bir addım önə çıxmasına şərait yaratdı, Rusiya isə... - Politoloq detalları açıqladı
"Azərbaycan 5 ermənini Ermənistana təhvil verdi: Bakı bununla Brüssel görüşündəki razılaşmanın praktiki mərhələdə icrası addımını atdı".
Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, İrəvan razılaşmanın humanitar punktuna uyğun olaraq, itkin düşmüş azərbaycanlılar haqda məlumat verəcəkmi, yaxud sülh sazişi mətni üzərində işləyəcək işçi qrupunun bir ay müddətində yaradılması ilə bağlı addım atacaqmı?!:
"Təcrübə müsbət cavab gözləntisini azaldır, hərçənd:
- Bakı praktiki addımla İrəvana hərəkət etməsi üçün “pas ötürdü” və bu, bir ay müddətində razılaşma icra edilməyəcəyi təqdirdə atıla biləcək mümkün addımlara zəmini gücləndirdi;
- Paşinyan Moskva üzərindən Brüsselə qarşı manevrlər etdiyi vaxt Əliyev Mişelin bir addım önə çıxmasına şərait yaratdı və bununla ruslara da “alternativ masada praktiki irəliləyişlər mümkündür” mesajını verdi: bu, Putinin Paşinyanla görüşündən sonra erməni maraqlarının önə çıxması riskinə qarşı gediş hesab edilə bilər".
Xəyalə Məmmədova / Demedia.az