Şimali Koreya ordusuna nüvə zərbəsi endirmək barədə səlahiyyət verildi



 12:18 09.09.2022     1069

Şimali Koreya lideri Kim Çen parlamentin nüvə silahının istifadəsini tənzimləyən qanunun qəbul edildiyi iclasda çıxış edib.

Demedia.az xəbər verir ki, Kim Çen In ölkəsinin nüvə silahından imtina etməyəcəyini bəyan edib. O bildirib ki, ABŞ Pxenyanın özünümüdafiə hüquqlarını əlində almaqla, hökuməti çökdürmək istəyir. Qeyd edək ki, parlamentdə qəbul edilən sənəd Şimali Koreyanın nüvə və ya nüvə silahı olmayan təhdidlə üzləşəcəyi halda orduya düşmənin komanda mərkəzinə avtomatik olaraq nüvə zərbəsi endirmək səlahiyyəti verir.

Bahadur Seyidov