Bayden Türkiyənin F-16 tələbini dəstəkləyir - Kirbi



 12:53 09.09.2022     1138

ABŞ Prezidenti Co Bayden Türkiyənin F-16 tələbini dəstəkləyir.

Demedia.az xəbər verir ki, Pentaqonun nümayəndəsi Con Kirbi belə açıqlama verib. O bildirib ki, hazırda məsələ ilə bağlı yenilik yoxdur. Kirbi Türkiyənin Ukrayna məsələsi ilə bağlı siyasətini dəstəkləyib. Onun sözlərinə görə, NATO müttəfiqi olan Türkiyənin taxıl sazişində ciddi səyləri var və bununla bağlı Vaşinqton tərəfi Ankaraya təşəkkür edir. Kirbi ABŞ və Türkiyə arasında bəzi məsələlərdə fikir ayrılığının olduğunu da qeyd edib.

Bahadur Seyidov