Avropa Birliyi Rusiya ilə viza sazişini dayandırdı



 14:54 09.09.2022     1011

Avropa Birliyi Rusiya vətəndaşlarına viza verilməsinin sadələşdirilməsi barədə sazişi dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Birliyindən açıqlama verilib. Bildirilib ki, Rusiya vətəndaşları üçün ümumi viza qaydaları tətbiq ediləcək. Bu isə viza müraciətinin 35 avrodan 80 avroya çatmasına, əlavə sənəd tələb edilməsinə və digər əlavə tələblərə gətirib çıxaracaq.

Açıqlamada bildirilir ki, Avropa Birliyi viza verilməsinin sadələşdirilməsi barədə sazişi etibarlı ölkələrin vətəndaşlarına aid edilir.

Bahadur Seyidov