Zelenski: Xarkovdan yaxşı xəbərlər var



 16:35 09.09.2022     1106

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətindəki Balakliya rayonunun işğaldan azad edildiyini təsdiq edib.

Demedia.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında məlumat paylaşıb. Zelenski bildirib ki, ordu irəliləyir. “Hər şey yerindədir. Ukrayna bayrağı azad göy üzünün altında, azad Ukrayna şəhərində. Təşəkkürlər. Qürur duyuram”.

Ukrayna ordusunun məlumatına görə, Xarkovda 20 məntəqə işğaldan azad edilib.

Bahadur Seyidov