Türkiyənin və Suriyanın kəşfiyyat rəhbərləri bir araya gəldi - İDDİA



 16:40 09.09.2022     1070

Türkiyənin Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan Suriya kəşfiyyatının rəhbəri Ali Mamlukla bir araya gəlib.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın “İntelligence Online” nəşri məlumat yayıb. İddialara görə, tərəflər Rusiyanın vasitəçiliyi ilə bir araya gəlib.

Məlumata görə, görüş zamanı müsbət nəticələr əldə edilməyib. İki tərəf də tələblərini irəli sürüb. Görüşün onlayn yoxsa üz-üzə olduğu barədə məlumat verilməyib.

Bahadur Seyidov