BALQABAĞIN ZƏRƏRLƏRİ - Bu şəxslərə olmaz / VİDEO



 21:25 09.09.2022     2269

 

Bütün qida məhsulları kimi balqabaq da bəzi insanlara xeyirdən çox zərər verə bilər.

Demedia.az bildirir ki, xüsusilə mədə-bağırsaq problemi olan insanlara balqabağı çiy halda yemək, yaxud şirəsini çəkib içmək olmaz. Ödündə daş olanlar üçün də balqabaq təhlükə yarada bilər. Ödqovucu xüsusiyyətə malik olduğuna görə, balqabaq daşların tərpənməsinə səbəb olur. Bu da dözülməz ağrılar deməkdir. Ümumiyyətlə, yaşından asılı olmayaraq, heç kəsə balqabağın çiy halda yeyilməsi tövsiyə edilmir.

Şəkərli diabetdən əziyyət çəkən insanlar balqabağı müəyyən normalara riayət edərək yeməlidirlər. Çünki tərkibində şəkər olan möcüzəvi tərəvəz ishala səbəb ola bilər. Həddən artıq balqabaq yemək dərinin sarımtıl görünməsinə gətirib çıxarar. Bu, tərəvəzə sarı rəngi verən luteinə görədir. Balqabağa allergiyası olan insanlar onu yeməməlidir. Tərəvəzin tumu özünə nisbətən daha kalorilidir. Ona görə də, arıqlamaq istəyənlər balqabaq tumunu mümkün qədər az yeməlidir.

Xəyalə Məmmədova / Demedia.az