Qarpız tumlarını ATMAYIN - Qurdu tökür / RESEPT



 23:31 09.09.2022     575

Qarpız tumları parazit əleyhinə vasitədir.

Demedia.az bildirir ki, çoxları qarpız tumunun faydalarından xəbərsiz olduğu üçün onu atır. Qarpız tumları balqabaq tumları ilə eyni kimyəvi tərkibə malik olmasa da, oxşardır. Buna görə də, onu parazit əleyhinə vasitə kimi təkcə böyüklər yox, uşaqlar da istifadə edə bilər. Bu təbii, zərərsiz vasitənin faydalarını görmək üçün heç vaxt gec deyil.

Lazımi resepti hazırlamaq üçün qarpız tumlarını artlayın. 5 xörək qaşığı qarpız tumunu 1 litr soyuq suya qatın. Təxminən, 1 saat vam odda qaynadın. Alınan mayeni otaq temperaturunda soyudun, səhər və axşam 1 stəkan için. Digər bir üsul isə artlanmış qarpız tumlarını sobada qovurmaqdır. Qovrulmuş tumları 1:10 nisbətində südə qatın. Gün ərzində 1 stəkan için.

Xəyalə Məmmədova / Demedia.az