Türkiyədə AĞIR QƏZA - Onlarla yaralı var



 21:59 09.09.2022     722

Türkiyədə avtobus qəzası baş verib. 

Demedia.az bildirir ki, hadisə İstanbul şəhərində yaşanıb. Avcılar adlanan ərazidə iki avtobus toqquşub. Qəza nəticəsində çox sayda yaralının olduğu bildirilib. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və polis qrupları göndərilib.

"A Haber" İnformasiya Agentliyinin İstanbul şöbəsinin xəbər direktoru Kərim Ulak verdiyi açıqlamada avtobusun əyləclərindən birinin işləmədiyini vurğulayıb. İstanbul valiliyindən verilən açıqlamada qəzada 42 nəfərin yaralandığı açıqlanıb.

Xəyalə Məmmədova / Demedia.az