Türk əsilli siyasətçi İsveçdə deputat seçildi



 13:50 12.09.2022     418

İsveçdə keçirilən parlament seçkilərində türk əsilli Muharrem Demirok deputat seçilib.

Demedia.az xəbər verir ki, Mərkəz partiyasından namizədliyini irəli sürən türk əsilli şəxs seçicilərin etimadını qazanıb. O 4 il deputat olacaq.

Qeyd edək ki, Muharrem Demirok İsveçdə siyasətlə məşğul olub. Buna qədər türk əsilli siyasətçi bələdiyyədə işləyib. Siyasətçi illər əvvəl Konyadan İsveçə köçən ailədə dünyaya gəlib.

Bahadur Seyidov