Ukrayna Müdafiə Nazirliyi ordunun uğurları barədə məlumat yaydı
Ukrayna ordusu Xerson və Xarkov vilayətlərində uğurlar əldə edib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, son iki həftə ərzində Xersonda 500 kvadrat kilometr ərazi işğaldan azad edilib. Düşmən itkilər verərək geri çəkilib. Xarkovda da bir neçə məntəqə azad edilib. Azad edilən ərazilər arasında strateji önəm kəsb edən məntəqələr də var.
Qeyd edək ki, Ukrayna ordusunun Donetsk şəhəri istiqamətində də əks-hücuma keçdiyi barədə xəbərlər yayılıb.
Bahadur Seyidov