Peskov müharibənin bitəcəyi tarix barədə danışdı
“Rusiya ordusunun Ukraynadakı xüsusi hərbi əməliyyatları məqsədinə çatana qədər davam edəcək”.
Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, ordunun həyata keçirdiyi həmlələr Ali rəhbərliyə (Putini nəzərdə tutur – Red) bildirilir. Peskov qeyd edib ki, qərbin Ukraynaya hərbi yardımları müharibənin gedişatına təsir etməyəcək. Onun sözlərinə görə, Ukraynaya silahların göndərilməsi müharibənin vaxtını artırır.
Bahadur Seyidov