Ruslar Avropadan üz döndərdi



 19:52 12.09.2022     324

Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə səyahətləri 95 faiz azalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Bildirilib ki, bu ilin ilk yarısında 1,2 milyon rus Avropa ölkələrinə səfər edib. 2019-cu ildə isə bu rəqəm 8 milyon idi. Məlumata görə, Avropa Birliyi Rusiya vətəndaşları üçün sadələşdirilmiş viza rejimini ləğv edəndən sonra bu rəqəm daha da azalacaq. Qeyd edək ki, viza rejiminin ləğv edilməsindən sonra ruslar viza alarkən onlardan əlavə sənədlər tələb olunur.

Bahadur Seyidov