ABŞ peyki kosmosda parçalanıb
ABŞ peyki qismən parçalanaraq kosmosdakı digər aparatlar üçün təhlükə yaradır.
Demedia.az xəbər verir ki, Rusiyanın Elmlər Akademiyası belə xəbərdarlıq edib. Bildirilib ki, 1999-cu ildə kosmosa buraxılan “İntelsat” şirkətinə məxsus “Galaxy 11” peykinin bəzi hissələri parçalanıb. Kosmik aparatın parçalanmasının səbəbləri məlum deyil. Rusiyanın Elmlər Akademiyası kosmosa yayılan hissələrin teleskoplar vasitəsilə izləndiyini açıqlayıb.
Bahadur Seyidov