Paşinyan yenə Moskva, Paris və Vaşinqtonu ayağa qaldırmağa çalışır - Politoloq
"Ermənistanın baş naziri Nikol Paşinyan yenə Moskva, Paris və Vaşinqtonu ayağa qaldırmağa çalışır, zənglər edir və Azərbaycan əleyhinə ittihamlar səsləndirir, işə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qarışmasını da istəyir".
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Paşinyanın məqsədi bu dövlətlərin və KMTN-nin Azərbaycana təzyiq etməsi və durdurmasıdır:
"Bu dövlətlərin hər birində ermənipərəst mövqeydə dayanan mərkəzlər olsa da, rəsmi səviyyədə Azərbaycanı qarşılarına almayacaqlar, hər birinin Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı davam etdirməyə ehtiyacı var. KTMT-yə gəldikdə, bu təşkilat ümumi narahatlığını ifadə edəcək. Ermənistan xaricində KTMT üzvlərinin tamamı Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malikdirlər. Buna baxmayaraq, Ermənistan həmişə olduğu kimi Azərbaycana qarşı dezinformasiya müharibəsini genişləndirməyə çalışacaq, Rusiya və Qərbdəki tərəfdaşlarından dəstək umacaq".
Xəyalə Məmmədova / Demedia.az