"Ordumuzun bir neçə yeni mövqe əldə etdiyi də şübhəsizdir" - HƏRBİ EKSPERT
Ermənistanın davam edən təxribatları sonunda Azərbaycan Ordusunu ona adekvat və daha təsirli cavab verməyə məcbur etdi.
Demedia.az xəbər verir ki, bu sözləri Ermənistanın Daşkəsən, Laçın və Kəlbəcər istiqamətində törətdiyi genişmiqyaslı təxribatı şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin böyük itkilər verdiyini bildirib:
“Şanlı Ordumuz düşmənin təxribat törədən bölmələrinin yerləşdiyi mövqelərinə və atəş mövqelərinə cavab zərbələri endirdi. Endirilən zərbələr nəticəsində düşmən ciddi itkilərə məruz qalıb. Hazırda düşmənin bir neçə döyüş texnikası, o cümlədən radiolokasiya stansiyası, S-300 kompleksləri məhv edilib və onlarla canlı qüvvə itkisi mövcuddur. Ordumuzun bir neçə yeni mövqe əldə etdiyi də şübhəsizdir. Eyni zamanda düşmənin Qafanda yerləşən bir hərbi hissəsi də darmadağın edilib”.
Xəyalə Məmmədova / Demedia.az