Çavuşoğludan Ermənistana sərt xəbərdarlıq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib.
Demedia.az xəbər verir ki, bu barədə Çavuşoğlu sosial media hesabında yazıb. Çavuşoğlu azərbaycanlı həmkarı ilə telefonda danışdığını qeyd edib:
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin təxribatını müzakirə etdik. Ermənistan təhrikləri dayandırmalıdır. Azərbaycanla əldə etdikləri razılaşma çərçivəsində sülh müzakirələrinə və işbirliyinə diqqət yönəltməlidir”.
Bahadur Seyidov