Suriya Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqladı



 12:01 13.09.2022     1130

Suriyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün iki şərti var.

Demedia.az xəbər verir ki, bu barədə Suriya parlamentininn xarici əlaqələr komitəsinin rəhbəri Butrus al-Marjan açıqlama verib. O bildirib ki, Türkiyə Suriyanın şimalındakı hərbi qüvvələrini geri çəkməli və Suriya Milli ordusu kimi qruplaşmalara dəstəyini dayandırmalıdır. Butrus al-Marjan Türkiyə ilə təhlükəsizlik sahəsində danışıqların olduğunu ifadə edib. O qeyd edib ki, ölkələr arasında münasibətlər hər iki ölkənin maraqlarına əsasən qurulmalıdır.

Bahadur Seyidov