ABŞ Səudiyyə Ərəbistanında hərbi baza qurur



 13:59 13.09.2022     308

ABŞ Səudiyyə Ərəbistanında yeni hərbi texnologiyaları sınaqdan keçirmək üçün baza qurmaq istəyir.

Demedia.az xəbər verir ki, bu barədə Anadolu agentliyi ABŞ-ın rəsmi mənbələrinə istinadən məlumat yayıb. “CENTCOM” sözçüsü David Eastburn da məlumatı təsdiq edib. O bildirib ki, test mərkəzi ABŞ ilə Yaxın Şərq müttəfiqləri arasında təlimə və hərbi vəziyyətə hazırlığa yeni yanaşma planıdır. Amerikalı sözçü qeyd edib ki, test mərkəzinin məqsədi ABŞ və müttəfiqlərinin birgə fəaliyyət göstərə bilməsi üçün müxtəlif bacarıqları test etmək və dronlara qarşı müdafiə olunmaqdır.

Bahadur Seyidov