Ukrayna ordusu 3 cəbhədə uğurlar əldə edib



 14:26 13.09.2022     1068

Ukrayna ordusu Donetsk istiqamətində də uğurlar əldə etməyə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, Donetsk vilayətinin Svyataqorsk şəhəri işğaldan azad edilib. Məlumata görə, Ukrayna ordusu Donetsk istiqaməti ilə yanaşı Xerson və Xarkov vilayətlərində də uğurlu əməliyyatları davam etdirir. Xerson və Xarkovda Ukrayna ordusu daha sürətlə irəliləyir.

Qeyd edək ki, Ukraynanın Müdafiə Nazirliyi 6000 kvadrat kilometr ərazinin, o cümlədən onlarla məntəqənin işğaldan azad edildiyini açıqlamışdı.

Bahadur Seyidov