NATO Aralıq dənizində təlimlərə başladı



 15:04 13.09.2022     464

Aralıq dənizində 12 NATO ölkəsinin iştirakı ilə təlimlər başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə NATO açıqlama yayıb. Bildirilib ki, təlimlərin məqsədi ittifaqın müdafiə bacarıqlarını artırmaqdır. Yazılı açıqlamada bildirilir ki, mümkün təcavüzün qarşısının alınması və ittifaqın müdafiə edilməsi üçün NATO Türkiyə və digər müttəfiqləri ilə birgə fəaliyyətini davam etdirəcək. Qeyd edilib ki, təlimlərə 12 ölkədən 5 sualtlı qayıq, təyyarələr, helikopterlər və hərbçilər cəlb edilib.

Bahadur Seyidov