Yeddi saatlıq əməliyyatın nəticələri... - Təhlil
Yeddi saatlıq əməliyyatın nəticələrini hərbi və siyasi olaraq qiymətləndirə bilərik.
Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.
O hərbi nəticələri belə təhlil edib:
"Hərbi nəticələr:
Birincisi, Ermənistanın sərhəd boyunca təhdid yarada biləcək hərbi infastrukturu sıradan çıxdı: hərbi hissələr və hava hücumundan müdafiə sistemləri;
İkincisi, erməni ordusuna ağır zərbə vuruldu: rəsmi məlumatda 49 itki deyilsə də, erməni mənbələrin məlumatı, eləcə də endirilən zərbələrin görüntüləri bunun qat-qat çox olduğunu deməyə əsas verir; məlumatlara görə, 200-ə yaxın canlı qüvvə itkisi olub, postlar darmadağın edilib, dəyəri yüzmilyonlarla olan iki ədəd S-300 raketi və artilleriya qurğuları sıradan çıxıb;
Üçüncüsü, strateji yüksəkliklər nəzarətə götürülüb: rəsmi açıqlamada Ermənistanın nəqliyyat-kommunikasiya sisteminə nəzarət imkanı əldə etdiyimiz qeyd olunur. Qeyri-rəsi məlumatlara görə,
- 100 kvadratkilometr ərazi ordumuzun nəzarətinə keçib;
- İrəvan-Gorus yolu ordumuzun bir atış məsafəsi qədər nəzarintədir;
Strateji yüksəkliklərə nəzarət Ermənistanın sərhəddə Azərbaycana qarşı təhdid potensialını da sıradan çıxarır.
Siyasi nəticələr:
Birincisi, hərbi gedişlə masadakı gündəliyi dəyişməyə çalışan Ermənistan istəyinə nail ola bilmədi və bu, İrəvanın tələblərlə razılaşmaqdan başqa yolunun olmadığını yenidən gündəmə gətirir;
İkincisi, Bakı həm Moskva, həm Brüssel masasındakı razılaşmların icrası tələbini sərtləşdirəcək: son əməliyyatın nəticələri Bakının diplomatiyada da əlini gücləndirə bilər".
Xəyalə Məmmədova / Demedia.az