6 ildən sonra İrana səfir təyin etdilər



 14:12 14.09.2022     329

Birləşmiş Ərəb Əmirlikləri 6 ildən sonra İrana səfir təyin edib.

Demedia.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindən açıqlama verilib. Məlumata görə, 6 il əvvəl krallığın İrandakı səfiri olan Seyf Məhəmməd Ubeyd ez-Zeabi yenidən fəaliyyətini bərpa edib. Bildirilib ki, İran bütün qonşuları ilə yaxşı əlaqələr qurulmasına önəm verir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında din adamının edamından sonra İran əvvəlcə Səudiyyə Ərəbistanı daha sonra isə Birləşmiş Ərəb Əmirlikəri ilə diplomatik əlaqələrini dayandırmışdı.

Bahadur Seyidov