Rusiyanın maliyyə sektorunu çökdürdük - Avropa Komissiyasının Prezidenti



 15:22 14.09.2022     387

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen hesab edir ki, sanksiyalar Rusiyanın maliyyə sektorunu çökdürüb.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın maliyyə sektoru məhv olmaq üzrədir. Prezident bildirib ki, Rusiya təkcə Ukraynaya deyil, Avropanın iqtisadiyyatına, gələcəyinə hücum edib. “Rusiya banklarının 3/4-nün beynəlxalq bazarlara çıxışını dayandırdıq” deyən Ursula Fon der Lyayen bildirib ki, sanksiyalar Rusiyanın bütün sahələrinə zərbə vurub. O, Rusiya sənayesinin məhv olduğunu bildirib.

Bahadur Seyidov