Zelenski işğaldan azad edilən İzyum şəhərinə getdi



 14:59 14.09.2022     303

Ukrayna Prezidenti Vladimir Zelenski rus iğalından azad edilən İzyum şəhərinə gedib.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, Prezident şəhərdəki vəziyyətlə tanış olub. Hadisələrin gedişatı barədə məlumat alıb.

Qeyd edək ki, Xarkov vilayətinin İzyum şəhəri ötən həftə işğaldan azad edilib. Ukrayna ordusu İzyumla yanaşı onlarla məntəqəni işğaldan azad edib. İzyum şəhəri Rusiyanın ilk işğal etdiyi şəhərlərdən idi.

Bahadur Seyidov