“Ukrayna və Rusiya arasında sülh üçün imkanlar var” - Çavuşoğlu



 16:54 14.09.2022     345

“Ukrayna və Rusiya arasında sülh üçün imkanlar var”.

Demedia.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bütün dövlətlərə zərər verir.  Çavuşoğlunun sözlərinə görə, Rusiyanın Avropaya qaz tədarükünü dayandırması Qərbi çətinə salıb. Artıq Qərb ölkələrində aksiyaların başladığını deyən diplomatın, Ukrayna və Rusiya müharibəsində həssas olmaq vacibdir.

“Taxıl sazişi və Zaporojye AES-lə bağlı danışıqlar göstərir ki, sülh imkanları var” – Çavuşoğlu deyib.

Bahadur Seyidov