Ermənistan Rusiyanın orbitindən çıxa bilmir - Politoloq
"Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün hərəkətə keçib. Baş verənlərdən Moskva məmnun görünür. Çünki Brüssel formati fiaskoya uğrayıb".
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Rusiya xüsusi işlər səfiri Xovayevi Bakı və Yerevana sülh sazişini müzakirə etmək üçün gönderir. Görünür 10 noyabr Birgə Bəyannaməsi kimi də sülh müqaviləsi Rusiyanın vasitəçiliyi ilə bağlanması mümkün ola bilər.
Ermənistan Rusiyanın orbitindən çıxa bilmir və görünür Yerevan Moskvadan asılı olaraq qalır. Rusiya bu ölkəyə nə vaxt atəşi dayandır deyəcəksə, onda dayandıracaq. Ermənistan təxribatları davam etdirməklə daha da ciddi itkilər verməkdədir".
Xəyalə Məmmədova / Demedia.az