BMT Suriya barədə xəbərdarlıq etdi
Suriyada müharibə yenidən başlaya bilər.
Demedia.az xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə komissiyası məlumat yayıb. Bildirilir ki, hazırda irimiqyaslı müharibə olmasa da, proseslər müharibəyə doğru gedir. Hesabatda qeyd edilir ki, Suriyada yenidən irimiqyaslı müharibə olarsa, bu əvvəlkindən də dəhşətli olacaq.
Qeyd edək ki, Türkiyə Suriyanın şimalında antiterror əməliyyatlarına başlayacağını bəyan edib. Hesabatın bu ərəfədə hazırlanması diqqət çəkir. Qərb Türkiyənin antiterror əməliyyatları keçirməsinə qarşıdır.
Bahadur Seyidov