Avropa Birliyinin yeni maliyyə qaydalarına ehtiyacı var - Ursula fon der Leyen
“Dövlətlərin yüksək borclarının olması reallıqdır və yeni maliyyə qaydalarının tətbiq edilməsinə ehtiyac var”.
Demedia.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen belə açıqlama verib. O bildirib ki, Avropa Birliyinin maliyyə dayanıqlığını qoruyacaq və strateji investisiyaların reallaşdırılmasını təmin edəcək yeni qaydalara ehtiyacı var.
Ursula fon der Leyen bildirib ki, yeni qaydalar gələcək illərdə ortaya çıxa biləcək maliyyə problemlərinə uyğun formada tətbiq edilməlidir.
Bahadur Seyidov