Daha 5 yük gəmisi Ukrayna limanlarından ayrıldı



 17:04 14.09.2022     1156

Daha 5 yük gəmisi Ukrayna limanlarından ayrılıb.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, gəmilər taxıl daşıyır. Məlumata görə, indiyə qədər Ukrayna limanlarından 3 milyon ton taxıl dünya bazarlarına daşınıb. Qeyd edək ki, İstanbulda imzalanan sazişə əsasən, Ukrayna limanlarındakı 25 milyon taxıl dünya bazarlarına daşınacaq.

Bahadur Seyidov