Nobel Sülh mükafatı Ərdoğana verilməlidir - Çağırış edildi
Rusiyalı hərbi ekspert İqor Korotçenko Nobel Sülh mükafatının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verilməsi üçün çağırış edib.
Demedia.az xəbər verir ki, o hesab edir ki, Ərdoğan gələcəyi doğru analiz edə bilən az saylı liderlər arasındadır. Korotçenkonun sözlərinə görə, Ərdoğanın BMT-də islahatların aparılması barədə çağırışı da diqqətə alınmalıdır. Çünki beynəlxalq qurumlar dünyadakı hadisələrə cavab verə bilmir. “2022-ci ildə Ərdoğan ciddi səylər göstərdi. Belə siyasət Nobel Sülh mükafatına layiqdir” – Korotçenko deyib.
Bahadur Seyidov