Avropa Komissiyasının Prezidenti Kiyevə səfər edib



 14:16 15.09.2022     310

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Kiyevə səfər edib.

Demedia.az xəbər verir ki, bu barədə o, özü açıqlama verib. Ursula Fon der Leyen Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyini ifadə edib. Ursula Fon der Leyen bildirib ki, müharibə başlayandan bəri bu, onun Kiyevə 3-cü səfəridir. Ukraynada çox şeyin dəyişdiyini deyən Ursula Fon der Leyen, Kiyevin Avropa Birliyinə namizəd ölkə olduğunu ifadə edib.  Ursula Fon der Leyen səfər çərçivəsində Ukrayna və Avropa Birliyi arasında münasibətlərin daha da yaxnlaşması üçün atıla biləcək addımları müzakirə edəcəyini ifadə edib.

Bahadur Seyidov