Nüvə sazişi buna görə imzalanmır - AÇIQLAMA



 17:00 15.09.2022     317

“Nüvə sazişinin bağlanmamasına görə, ABŞ məsuliyyət daşıyır”.

Demedia.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasır Kənani belə açıqlama verib. O bildirib ki, İran üçün nüvə sazişinin yenidən başlaması üçün ciddi maneə yoxdur. Diplomatın sözlərinə görə, ABŞ iradəsini ortaya qoyarsa müzakirələr sazişin imzalanması ilə yekunlaşa bilər.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Antoni Blinken İranla yaxın vaxtda nüvə sazişinin imzalama ehtimalının olmadığını bildirmişdi.

Bahadur Seyidov