Böyük Britaniyada 5 min ukraynalı hərbçi təlim keçdi



 17:24 15.09.2022     310

5 min Ukrayna əsgərinin Böyük Britaniyada keçdiyi təlimlər başa çatıb.

Demedia.az xəbər verir ki, təlimlər “İNTERFLEX” proqramı çərçivəsində keçirilib. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, əsgərlər taktiki, müdafiə və hücum məqsədli təlimlər keçiblər. Onlar müxtəlif sahələr üzrə bacarıqlarını artırıblar. Ukraynalı hərbçilərə təlim keçən mütəxəssislərin Böyük Britaniya, Kanada, Hollandiya və Yeni Zelandiyadan olduğu bildirilib.

Bahadur Seyidov