"Ermənistan özünü tələyə salaraq..." - Politoloq açıqladı



 13:00 16.09.2022     688

"Ermənistan özünü tələyə salaraq ya sülh, ya müharibə arasında seçim etməlidir".

Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, ehtimal edirəm ki, Səmərqənddə vacib razılıq bir daha təsdiqləndi:

"Ermənistanın Baş nazirinə dünən gecə bununla bağlı bir daha məlumat verilib. Ermənistan ya Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq sülh müqaviləsi imzalayır, öhdəliklərini yerinə yetirir, ya da demarkasiya olmadığından 1920 - ci ilin 30 noyabrına qədərki sərhədləri bərpa edəcəyik .

İsterikada olan Nikol Makron və Blinken ilə bu məsələni bir daha müzakirə edib. Fransa və ABŞ, İran isə biryerdə mövcud durumdan narazıdırlar".

Xəyalə Məmmədova / Demedia.az