Pelosinin İrəvana sirli səfəri... - DETALLAR



 13:48 16.09.2022     670

"ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistana səfərə hazırlaşır. Pelosi İrəvanda Nikol Paşinyanla və erməni deputatlarla görüşəcək".

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan şahinoğlu deyib.

O bildirib ki, aydındır niyə gəlir:

"Pelosinin erməni lobbisi ilə əlaqələri məlum faktdır, gəlib Azərbaycan əleyhinə açıqlamalar verəcək. Nensi Pelosinin İrəvana səfəri bizdən çox Kremli düşündürəcək. Vaşinqton Ermənistanı Rusiyanın caynağından qurtarmaq üçün var gücüylə çalışır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir müddət əvvəl İrəvana sirli səfəri də bununla əlaqəli idi. Kremlin düşmənlərindən sayılan Pelosi İrəvana səfəri ilə Paşinyana ayı xidməti göstərəcək".

Xəyalə Məmmədova / Demedia.az