Kosmosda aparılan araşdırmaların nəticələri düzgün təhlil edilmir



 13:02 16.09.2022     268

Mütəxəssislərə görə, “James” teleskopu ilə kosmosda aparılan araşdırmaların nəticəsi böyük ehtimalla düz deyil.

Demedia.az xəbər verir ki, bu barədə “Nature Astronomy”də yayımlanan məqalədə qeyd edilir. Bildirilir ki, bu səhv məlumatlar teleskopun səhvi deyil. Məlumata görə, elm adamları teleskopdan əldə etdikləri məlumatları araşdırmaq üçün bəzi vasitələrdən istifadə edir. Məlumatların səhv nəticə verməsi həmin vasitələrdən irəli gəlir. Məqalədə bildirilir ki, elm adamlarının kosmosu öyrənmək üçün istifadə etdikləri modellərin dəyişdirilməsinə ehtiyac var.

Bahadur Seyidov