Putindən çağırış: Rus gübrəsini pulsuz verməyə hazırıq
“Avropa limanlarında saxlanılan 300 min ton rus gübrəsini inkişaf etməkdə olan ölkələrə pulsuz verməyə hazırıq”.
Demedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən iclasındakı çıxışı zamanı belə deyib. O bildirib ki, gübrənin inkişaf etməkdə olan ölkələrə çatdırılması üçün sanksiyalar ləğv edilməlidir. Putin həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının nüfuzunun artdığını diqqətə çatdırıb.
Bahadur Seyidov