Bəzi Avropa ölkələri Rusiya vətəndaşlarına viza verilməsini dayandırdı
Avropa Birliyi Rusiya vətəndaşlarına vizaların verilməsi barədə güzəştləri ləğv edəndən sonra bəzi Avropa ölkələr daha sərt qərar qəbul edib.
Demedia.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Estoniya, Latviya, Litva və Polşa Rusiya vətəndaşlarına vizaların verilməsini tamamilə dayandırıb. Bəzi Avropa ölkələri isə ruslara vizaların verilməsi barədə qaydaları sərtləşdirib. Qeyd edək ki, Avropanın qərarından sonra Rusiya vətəndaşları Avropa Birliyi ölkələrinə səfər etmək üçün əlavə sənədlər təqdim etmək məcburiyyətində qalıblar.
Bahadur Seyidov