Yunanıstanın Baş nazirindən Türkiyəyə qarşı əsassız iddialar



 15:01 16.09.2022     310

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis növbəti dəfə Türkiyənin ünvanına əsassız iddialar səsləndirib.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, guya Türkiyə keçmişdə imzalanmış sazişləri pozur. Baş nazir Türkiyənin sərhəddə təxribatlar törətdiyini irəli sürüb.

Qeyd edək ki, bundan əvvəl Yunanıstan Türkiyəyə qarşı bir neçə dəfə təxribat törədib. Yunanlar türk F-16 təyyarəsinin radar sisteminə S-300 müdafiə sistemləri ilə müdaxilə ediblər. Ardınca Türkiyənin yük gəmisi atəşə tutulub.

Bahadur Seyidov