Qırğızıstan-Tacikistan sərhədindəki toqquşmalarda yaralıların sayı artdı
Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalar nəticəsində yaralıların sayı 49-a çatıb.
Demedia.az xəbər verir ki, Qırğızıstanın rəsmi mənbələri 38 yaralının olduğunu açıqlayıb. Tacikistan tərəfi isə 2-si hərbçi olmaqla 11 nəfərin yaralandığını bildirib. Qeyd edək ki, Qırğızıstan tərəfi toqquşmalara görə, qarşı tərəfi ittiham edib. Bildirilib ki, Tacikistan razılaşmaları pozaraq Batken vilayətində zərbələr endirib.
Bahadur Seyidov