"Qarabağ"ın yeni UĞURU - İlk 5-də yer aldı



 10:36 17.09.2022     519

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Demedia.az-ın məlumatına görə, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib.

İlk "5-lik"də Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib.