Rusiya ordusu AES-ə raket atıb - Zelenski
Rusiya ordusu Cənubi Ukrayna AES-inə raket atıb.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. O bildirib ki, raket Nikolayev şəhərində yerləşən AES-in 300 metr məsafəsinə düşüb. Hücum zamanı AES-dəki bəzi binalara zərər dəyib. Zelenski bildirib ki, Rusiya dünya üçün təhdid təşkil edir və tezliklə Moskva dayandırılmalıdır. Ukrayna Prezidentinin sözlərinə görə, AES-ə raket zərbəsinin endirilməsi Ukrayna eləcə də, Avropa üçün böyük fəsad olacaq.
Bahadur Seyidov