Maskın peykləri sıradan çıxdı - Günəşdə partlayış



 20:53 19.09.2022     341

Günəşdə baş verən partlayışlar nəticəsində İlon Maskın şirkətinə məxsus 38 peyk sıradan çıxıb.

Demedia.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Bildirilir ki, SpaceX şirkəti bu il Floridadakı kosmik mərkəzdən 49 peyk buraxıb. Raketlərin buraxılması uğurlu olsa da, Günəşdəki partlayışlar nəticəsində peyklər nəzərdə tutulduğu kimi uça bilməyib. Partlayışların təsiri nəticəsində peyklər düşüb. Saatda yüzlərlə kilometr sürətlə yerə düşən raketlər insanlara zərər verməyib. 

Bahadur Seyidov