Ərdoğan yenidən prezident seçiləcəyini açıqladı



 15:28 20.09.2022     298

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək seçkilərdə yenidən qələbə qazanacağına inanır.

Demedia.az xəbər verir ki, bu barədə o ABŞ mediasına açıqlamasında bildirib. Ərdoğan etiraf edib ki, Türkiyədə bəzi iqtisadi çətinliklər olsa da, onların öhdəsindən gəlinəcək. Ərdoğanın sözlərinə görə, mitinqlərə on minlərlə insanın toplaşması, xalqın iqtidara inamının göstəricisidir. “Alternativimiz yoxdur. Xalq bizə etibar etdikcə qarşımızı ala bilməzlər” - Ərdoğan deyib.

Bahadur Seyidov